00:39 05-08-2014
news_image
548
DİGƏR NÖVLƏR

Ukraynalı dünya çempionu ordu üçün medalını satır

Məşhur ukraynalı gimnast Natalya Qodunko 2001-ci ildə komanda yarışlarında əldə etdiyi qızıl medalı satır. Apasport.az saytının məlumatına görə, Qodunko əldə edəcəyi vəsaiti Ukrayna ordusuna sərf etmək niyyətindədir.

 

Qızıl medal onlayn-auksiona qoyulub. Satış səhifəsində bildirilir ki, bu medal 2001-ci ildə Madriddə keçirilən bədii gimnastika üzrə dünya çempionatında komanda yarışında qalib gələn ukraynalı gimnast Natalya Qodunkoya məxsusdur.

 

Qeyd edək ki, hazırda medal 1500 dollara satılır. Alqı-satqı hələ 5 gün davam edəcək.

 

Maraqlıdır ki, Natalya 2008-ci ildə Pekin olimpiadasında iştirak etdiyi zaman taxdığı sancağı və 2006-cı ildə Moskvada keçirilən Avropa çempionatı zamanı ona verilən imzalı lenti də eyni məqsədlə satışa çıxarıb.