06:33 05-08-2014
news_image
700
DİGƏR NÖVLƏR

Əfsanəvi futbolçu: FİFA sözü özü ürək bulandırır

 

Əfsanəvi ingilis futbolçusu Harri Liniker 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsini tənqid edib. Apasport.az saytının məlumatına görə, Lineker FİFA sözünün özünün adamda ürəkbulanmasına səbəb olduğunu vurğulayıb.

 

Əfsanəvi futbolçu FİFA prezidenti Zepp Blatteri də diktatorluqda ittiham edib: “O, uzun illər əvəzsiz olaraq FİFA rəhbəri olub və bəzən ağlına ən axmaq ideyalar gəlir. 2022-ci il çempionatının Qətərdə keçirilməsi ağlasığmazdır. Mən çempionatın dünyanın müxtəlif hissələrinə keçirilməsinin əleyhinə deyiləm. Amma onlar yayda Qətərdə nə baş verdiyini bilməyə borclu idilər”.

 

Xatırladaq ki, bundan əvvəl Zepp Blatter Qətərdə yayda havanın çox isti olmasını nəzərə alaraq, dünya çempionatını qışda keçirməyi təklif edib.