08:11 07-08-2014
news_image
546
DİGƏR NÖVLƏR

Azərbaycan millisi dünya çempionatında mübarizəyə başlayır

Bu gün Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək.

Kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov həm 200 metr, həm də 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Solovey isə 1000 metr məsafəyə yarışacaq.

Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 200 metr, Nikolay Matviyçuk isə 1000 metr məsafəni qət edəcək.

Nəhayət, Sergey Bezuqlıy – Aleksey Kupin dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr məsafələrə yürüş edəcək.

Qeyd edək ki, dünya çempionatına avqustun 10-da yekun vurulacaq.