15:08 07-08-2014
news_image

Dünya çempionumuz üçün 7 rəqib

AİBA oktyabrda yeni layihəsinə - APB-ə (AİBA Professional Boxing) start verir. Apasport.az saytının məlumatına görə, 6 raund olacaq ilk reytinq döyüşlərinin oktyabrın 24-dən noyabrın 1-ə kimi keçirilməsi nəzərdə tutulur.

 

Sonda hər çəkidə finala vəsiqə qazanan boksçular (ümumilikdə 20 idmançı) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaq. Azərbaycanın 3 boksçusu – Məhəmmədrəsul Məcidov (+91 kq), Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov (69 kq) APB ilə müqavilə imzalayıb. Hələ ki Məcidovla Məmmədovun rəqibləri bəlli olmasa da, dünya çempionu Çələbiyevin çəkisində hansı idmançıların döyüşəcəyi məlumdur. 56 kq çəki dərəcəsində döyüşlərin Argentinada keçirilməsi nəzərdə tutulur. Superağır çəki dərəcəsində isə görüşləri çox güman ki, Bakı qəbul edəcək.

 

56 kq çəki dərəcəsində mübarizə aparacaq boksçular:

Alberto Ezequiel Melian (Argentina) – 24 yaşı var. 2012-ci ildə London Olimpiadasının iştirakçısıdır.

Benson Njangiru (Keniya) – 29 yaşı var. Dostluq oyunlarında gümüş medal. (Dehli, 2010-cu il)

Cavid Çələbiyev (Azərbaycan) – 22 yaşı var. Dünya çempionu. (Almatı, 2013-cü il)

Jiavei Zjanq (Çin) – 25 yaşı var. Asiya oyunlarının gümüş mükafatçısı (Quançjou, 2010-cu il).

Xedafi Djelkhir (Fransa) – 30 yaşı var. 2008-ci ildə Pekin Olimpiadasının gümüş mükafatçısı.

Satoşi Şimizu (Yaponiya) – 28 yaşı var. 2012-ci ildə London Olimpiadasının bürünc mükafatçısı.

Sergey Vodopiyanov (Rusiya) – 26 yaşı var. Dünya çempionu (Çikaqo, 2007-ci il), dünya çempionatının gümüş mükafatçısı (Milan, 2009-cu il).

Yonni Blanko (Venesuela) – 27 yaşı var. 2013-cü ildə Şimali Amerika oyunlarının bürünc mükafatçısı.