18:55 09-08-2014
news_image
598
DİGƏR NÖVLƏR

Valentin Demyanenko əsas finala çıxa bilmədi

Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında bu gün kayakçımız Mirnazim Cavadovla kanoeçimiz Valentin Demyanenko 200 metr məsafəyə yarımfinal yürüşlərinə çıxıblar. 1 nəfərlik kayak qayığı (K-1) ilə çıxış edən Mirnazim Cavadov təcrübəli rəqibləri ilə mübarizədə finişə 35,397 saniyəyə çataraq, 7-ci olub.

O, isveçli Petter Menninq (34,171), litvalı İqnas Navakauskas (34,232), macarıstanlı Mikloş Dudaş (34,491), ABŞ təmsilçisi Timoti Hornsbi (34,648), belaruslu Taras Valko (35,290) və CAR-dan olan Kristyan Koetsidən (35,332) geri qaldığı halda, yeni zelandiyalı Skotti Biknelli (35,853) və indoneziyalı Mayzir Riyondranı (38,052) üstələyə bilib. Bununla da Cavadov ümumi sıralamada ilk "18-lik"dən kənarda qalıb. Kayakçımız avqustun 10-da 19-cu yer uğrunda mübarizəni nəzərdə tutan C finalında mübarizə aparacaq. 

Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun da çıxışı uğurlu alınmayıb. Demyanenko 1 nəfərlik qayıqla (C-1) yarımfinal yürüşündə finişə 38,987 saniyəyə çataraq, 4-cü olub. Əsas finala ilk 3 yeri tutan litvalı Yevgeni Şuklin (38,320), rusiyalı Aleksey Korovaşkov (38,585) və kanadalı Benjamin Biacio Tardioli (38,813) yüksəlib. Demyanenko geridə qoyduğu yaponiyalı Naoya Sakamoto (38,050) və irlandiyalı Andrjey Jezierski (39,638) ilə birgə B finalında (10 - 18-ci yerlər) mübarizə aparacaq. Bu yürüş avqustun 10-da olacaq. Qazaxıstanlı Sergey Yemelyanov (40,684), latviyalı Mikelis Ezmalis (40,721) və tunisli Xaled Huseyn (42,681) isə mübarizəni dayandırıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti