08:21 11-08-2014
news_image
712
STOLÜSTÜ OYUNLAR

Yığmamız liderliyi əldən verdi

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son 2 turunda Azərbaycan milliləri fərqli nəticələrə imza atıblar.

 

Belə ki, Aleksandr Xolifmanın rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan millisi VII oyun günündə Kubaya qalib gələrək, vahid liderliyə yüksəlsə də, mövqeyini qoruya bilməyib. Buna onların VIII turda Çinə uduzması səbəb olub.

 

Fikrət Sideifzadənin başçılıq etdiyi qadınlardan ibarət yığmamız da son 2 gündə 1 qələbə qazanıb, digərində məğlubiyyətə üzülüblər. 

 

Kişilər

 

VII tur

AZƏRBAYCAN – KUBA - 2,5:1,5

Şəhriyar Məmmədyarov (2743) - Lenyer Dominqes (2760) - 0:1

Teymur Rəcəbov (2724) - Lazaro Bruzon (2664) - 1:0

Rauf Məmmədov (2659) - Yuneski Kesada (2649) - 0,5:0,5

Qədir Hüseynov (2613) - Reynaldo Ortiz (2603) - 1:0

 

VIII tur

AZƏRBAYCAN – Çin - 1:3
Şəhriyar Məmmədyarov (2743) - Van Yue (2718) - 0,5:0,5
Teymur Rəcəbov (2724) - Din Liren (2742) - 0,5:0,5
Eltac Səfərli (2649) – Yu Yanqi (2668) - 0:1
Qədir Hüseynov (2613) - Ni Xua (2666) - 0:1

Turnir cədvəli: 1. Çin – 14 xal, 2. Fransa, 3. Ukrayna, 4. Azərbaycan - 13

 

Qadınlar

VII tur

AZƏRBAYCAN – İTALİYA - 2,5:1,5
Zeynəb Məmmədyarova (2229) - Marina Brunello (2281) - 1:0
Gülnar Məmmədova (2334) - Yelena Sedina (2291) - 0,5:0,5
Xəyalə Abdulla (2286) - Tea Queçi (2074) - 0:1
Türkan Məmmədyarova (2274) - Roberta Messina (2042) - 1:0

 

VIII tur

AZƏRBAYCAN – RUMINİYA - 1,5:2,5
Zeynəb Məmmədyarova (2229) - Korina-İzabela Peptan (2422) - 0,5:0,5
Gülnar Məmmədova (2334) - Kristina-Adelya Foysor (2334) - 0:1
Türkan Məmmədyarova (2274) - İrina Bulmaqa (2274) - 1:0
Səbinə İbrahimova - Yelena-Luminita Kosma (2263) - 0:1

Turnir cədvəli: 1. Rusiya – 16 xal; 2. Çin -14; 3. Fransa – 13... 31. Azərbaycan - 10