21:42 11-08-2014
news_image
2248
STOLÜSTÜ OYUNLAR

Rumıniya ilə bacarmayıb, Braziliyaya qalib gəldik - YENİLƏNİB

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, IX tur çərçivəsində ciddi sınaq qarşısında olan Azərbaycan milliləri fərqli nəticələrə imza atıblar.

 

Belə ki, bir gün öncə Çinə uduzaraq, liderliyi əldən verən kişilərdən ibarət millimiz yenə xal itkisi ilə üzləşib. Aleksandr Xolifmanın rəhbərlik etdiyi komandamız Rumıniya ilə xalları yarı bölüb.

 

Onlardan fərqli, Braziliya millisi ilə üz-üzə gələn qadınlardan ibarət yığmamız asan qələbə qazanıb. Fikrət Sideifzadənin yetirmələrindən yalnız Gülnar Məmmədova heç-heçə oynayıb. Digərləri isə rəqiblərini mat edərək, millimizin qələbəsində pay sahibi olublar.

 

11 avqust

IX tur

Kişilər

AZƏRBAYCAN - RUMINİYA - 2:2
Şəhriyar Məmmədyarov (2743) - Konstantin Lupulesku (2625) - 0,5:0,5
Teymur Rəcəbov (2724) - Mirça-Emilian Parliqras (2574) - 0,5:0,5
Rauf Məmmədov (2659) - Vlad-Kristian Yianu (2579) - 0,5:0,5
Qədir Hüseynov (2613) - Vladislav Nevedniçi (2554) - 0,5:0,5

 

Turnir cədvəli: 1. Çin, 2. Fransa – 15 xal; 3. Ukrayna, 4. Azərbaycan - 14

 

 

Qadınlar

AZƏRBAYCAN - BRAZİLİYA - 3,5:0,5
Zeynəb Məmmədyarova (2229) - Vanessa Felisiano (2226) - 1:0
Gülnar Məmmədova (2334) - Sayumi Terao (2222) - 0,5:0,5
Xəyalə Abdulla (2286) - Reqina Ribeyro (2000) - 1:0
Türkan Məmmədyarova (2274) - Suzana Çanq (1991) - 1:0

 

Turnir cədvəli: 1. Rusiya – 18 xal; 2. Çin -16; 3. Ukrayna – 15... 19. Azərbaycan - 12