17:47 11-08-2014
news_image
615
DİGƏR NÖVLƏR

Ukraynadan 3 qızıl medal

Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə “Galichyna-2014” Qran-Prisinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci dərəcəli yarışında Azərbaycan yığma komandasının 2 üzvü - Sergey Omelçenko və Yelena Pavluxina da mübarizə aparıblar.

 

4 gün davam edən yarışda idmançılarımızın qazancı 3 qızıl və 1 bürünc medal olub. İlk gündə qadınlar arasında 10 km məsafəyə skretç yarışında bürünc medal əldə edən Pavluxina növbəti gün xalla qrup ötüşməsində hamını qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O həmçinin, 6 mərhələdən ibarət omnium yarışlarında 5-ci yeri tutub.

 

Omelçenko isə 200 metr məsafəyə sprint yarışlarında və keyrin növündə bütün rəqiblərindən yaxşı çıxış edib və komandamıza 2 qızıl medal qazandırıb.