08:07 12-08-2014
news_image
465
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun üzvü Azərbaycan çempionudur

Xızıda velosiped idmanının cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparır.

 

Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 4 üzvü – Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edir.

 

Yeri gəlmişkən, Azərbaycan velosiped məktəbinin layiqli yetirməsi, 1978-ci il Dünya Veloyürüşünün qalibi, 6 qat SSRİ çempionu Aleksandr Averinin oğlu Maksim Averin bu ildən etibarən Azərbaycan yığma komandasının şərəfini qoruyur və o debüt etdiyi ölkə çempionatında çempionluq sevinci yaşayıb.

 

Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Elvin Nağıyevlə tandem təşkil edən Maksim Averin Elit və U-23 yaş qrupunda 40 km məsafəni hamıdan tez başa vurmaqla ən yüksək göstəriciyə imza atıb – 1 saat, 24 saniyə. 2-ci yeri tutan Samir Cəbrayılov – Məhəmməd Ələkbərov dueti çempion cütlüyə 1 dəqiqə, 4 saniyə uduzub.

 

Elit/U23 (40 km)

 

1

NAĞIYEV

Elvin

OEQİUGVM

1:00:24

 

AVERİN

Maksim

BCP

 

2

CƏBRAYILOV

Samir

BCP/NEFTÇİ

1:01:28

 

ƏLƏKBƏROV

Məhəmməd

BCP/LOKOMOTİV

 

3

QASIMOV

Elçin

OEQİUGVM

1:05:22

 

İLTİFATLI

Ayxan

OEQİUGVM

 

             

 

GƏNCLƏR (25 km)

 

1

ƏLİZADƏ

Elgün

8OEQİUGM

0:38:44

 

QƏHRƏMANLI

Kənan

8OEQİUGM

 

2

QARAYEV

Nicat

8OEQİUGM

0:40:17

 

NİFTƏLİYEV

Nicat

8OEQİUGM

 

3

MƏMMƏDOV

Tərlan

OEQİUGVM

0:44:31

 

ABUŞOV

Vüsal

OEQİUGVM

 

             

 

U17 (15 km)

 

1

NAPERSTKOV

Maksim

8OEQİUGM

0:23:21

 

SƏFƏRLİ

Mikayıl

8OEQİUGM

 

2

ORUCZADƏ

Nicat

8OEQİUGM

0:23:53

 

ŞİRƏLİYEV

Kərim

LOKOMOTİV

 

3

RƏHİMOV

Şamil

OEQİUGVM

0:26:10

 

MƏMMƏDLİ

Nicat

OEQİUGVM

 

             

 

U15 (10 km )

 

1

İSGƏNDƏROV

Xankişi

8OEQİUGM

0:17:23

 

XIDIROV

Ravil

8OEQİUGM

 

2

ORLOV

İvan

OEQİUGVM

0:18:32

 

MUSTAFAYEV

Qadir

OEQİUGVM

 

3

ƏLİİSGƏNDƏROV

Ülfan

OEQİUGVM

0:19:29

 

HƏSƏNOV

Maqsud

OEQİUGVM