21:22 12-08-2014
news_image
2053
STOLÜSTÜ OYUNLAR

Yığmamız işini çətinə saldı - YENİLƏNİB

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın X turunda Azərbaycan millilərinin Ukrayna və Norveç yığmaları ilə üz-üzə gəliblər.

 

Kişilərdən ibarət komandamız tarixi nailiyyətin astanasında olsa da, işlərini çətinə salıblar. Çünki indiyədək Olimpiadada mükafatçılar sırasına düşə bilməyən yığmamız Ukrayna millisi ilə görüşdə də xal itkisi ilə üzləşib.

 

Son 2 turda cəmi 1 xal qazanan, əsas rəqiblərinin də eyni aqibəti yaşaması səbəbindən 4-cü pillədəki yerini qoruyan komandamıza bu dəfə xal itkisi baha başa gəlib. Onlar ukraynalılarla xalları yarı böldüklərindən 9-cu yerə eniblər. Lakin buna baxmayaraq, hər şeyə sonuncu turda aydınlıq gələcək.

 

Sona 1 tur qalmış qadınlardan ibarət millimiz isə Norveç yığmasını sınağa çəkib. Braziliya üzərində qələbə sayəsində 19-cu yerə yüksələn təmsilçimiz yenə görüşü qalib kimi başa vurub. Komandamızın rəqibini məğlub etməkdə Zeynəb və Türkan Məmmədyarova bacılarının böyük payı olub. Bu qələbə isə millimizi daha 4 pillə irəli aparıb.  

 

12 avqust

X tur

 

Kişilər

UKRAYNA – AZƏRBAYCAN – 2:2

Vasili İvançuk (2744) - Şəhriyar Məmmədyarov (2743) – 0:1
Ruslan Ponomaryov (2717) - Teymur Rəcəbov (2724) – 0,5:0,5
Pavel Elyanov (2723) - Rauf Məmmədov (2659) – 1:0
Aleksandr Moiseenko (2707) – Eltac Səfərli (2649) – 0,5:0,5

 

Turnir cədvəli: 1. Çin – 17; 2. Macarıstan – 16; 3. Fransa, …9. Azərbaycan – 15

 

Qadınlar

NORVEÇ – AZƏRBAYCAN – 1:3

Silye Bcerke (2189) - Zeynəb Məmmədyarova (2229) – 0:1
Olqa Doljikova (2166) - Gülnar Məmmədova (2334) – 0,5:0,5
Nina Koskela (2213) - Xəyalə Abdulla (2286) – 0,5:0,5
Elen Haqesater (2182) - Türkan Məmmədyarova (2274) – 0:1

Turnir cədvəli: 1. Rusiya – 18; 2. Çin, 3. Ukrayna -17; ...15. Azərbaycan - 14