09:09 13-08-2014
news_image
1022
DİGƏR NÖVLƏR

Argentina millisi sentyabrda Bakıya gələcək

Sentyabrın 5-7-də Bakıda atçılığın polo növü üzrə Dünya Kuboku keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə Azərbaycan, Argentina, ABŞ və Avropa Birliyinin millisi yarışacaq.

 

Dünya Kuboku Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club”un açıq manejində baş tutacaq.

 

Qeyd edək ki, turnir mükafat fondu hələ açıqlanmasa da, çox yüksək olacaq.