08:08 14-08-2014
news_image
565
DİGƏR NÖVLƏR

Yeni Azərbaycan çempionları - FOTO

Xızıda cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparıb.

 

Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 4 üzvü – Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edib.

 

2-ci yarış günü velosipedçilər qrup ötüşməsində yarışıblar və əsas mübarizə məhz ən təcrübəlilərin yarışdığı U-23 və Elit yaş qrupunda gedib. 82 km-lik marşrutun təxminən 50 kilometrindən sonra liderlər qrupu əsas pelotondan ayrılıb, finişə 16 km qalmış isə Maksim Averin vahid liderlik əldə edib və üstünlüyünü sonadək qorumaqla Azərbaycan çempionu adına layiq görülüb - 2 saat, 47 dəqiqə, 52 saniyə.

 

Elit/U-23 (82 km)

1

AVERİN

Maksim

BCP

2:47:52

2

CƏBRAYILOV

Samir

BCP/NEFTÇİ

2:52:17

3

İSMAYILOV

Aqşin

BCP/OEQİUGVM

2:52:37

 

Digər yaş qruplarına gəlincə, gənclər arasında Elgün Əlizadə, U-17 yaş kateqoriyasında Mikayıl Səfərli, U-15 yaş qrupunda isə İvan Orlov bütün rəqiblərini qabaqlamaqla Azərbaycan çempionu tituluna layiq görülüb. Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

 

U-15 (40 km)

1

ORLOV

İvan

OEQİUGVM

1:22:52

2

İSGƏNDƏROV

Xankişi

8OEQİUGM

1:22:52

3

HƏSƏNOV

Maqsud

SƏRHƏDÇİ

1:22:52

 

U-17 (68 km)

1

SƏFƏRLİ

Mikayıl

8OEQİUGM

2:22:35

2

ORUCZADƏ

Nicat

8OEQİUGM

2:22:35

3

ŞİRƏLİYEV

Kərim

LOKOMOTİV

2:23:52

 

GƏNCLƏR (82 km)

1

ƏLİZADƏ

Elgün

8OEQİUGM

2:52:18

 

2

QƏHRƏMANLI

Kənan

8OEQİUGM

2:52:30

 

3

QARAYEV

Nicat

8OEQİUGM

2:58:07