08:19 14-08-2014
news_image
528
DİGƏR NÖVLƏR

“Azərbaycan çempionluğunun karyeramda önəmli yeri var”

“Yarış kifayət qədər çətin alındı. Marşrutun əvvəlində mən və “Synergy Baku”dan olan digər komanda yoldaşlarım gənclərlə xeyli yanaşı getdik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin velosipedçisi Maksim Averin deyib.

 

“Synergy Baku”nin şərəfini qoruyan idmançımız ölkə çempionatının qalibi adını qazanıb. Averin qələbəsini şərh edərkən bildirib ki, Azərbaycan çempionluğunun karyerasında mühüm yeri var: “Əsas məqsədimiz o idi ki, gənc velosipedçilər özlərinə inansınlar və bu çətin marşrut boyunca güclərini bərabər paylaşdırsınlar. Yarışın dağ mərhələsi olduqca maraqlı idi və sevinirəm ki, finişi birinci keçdim. Azərbaycan çempionu titulunun mənim karyeramda önəmli yeri var və bu mənim üçün böyük stimul olacaq”.

 

Qeyd edək ki, Azərbaycan velosiped məktəbinin layiqli yetirməsi, 1978-ci il Dünya Veloyürüşünün qalibi, 6 qat SSRİ çempionu Aleksandr Averinin oğlu Maksim Averin bu ildən etibarən Azərbaycan yığma komandasının şərəfini qoruyur və o debüt etdiyi ölkə çempionatının ilk günü cüt ötüşmələr üzrə mübarizədə də birinci yeri tutmuşdu.