
01:14
2018-ci ildə Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi şəhərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİDE-nin Tromsede keçirilən Konqresində yarışın ev sahibliyi hüququ Gürcüstanın Batumi şəhərinə həvalə olunub.
Batumi səsvermədə Cənubi Afrika Respublikasının Durban şəhərini qabaqlayıb. Konqres iştirakçılarından 93-ü Batuminin lehinə, 58-i isə əleyhinə səs verib.
Qeyd edək ki, Olimpiada-2016-ya Azərbaycan paytaxtı Bakı ev sahibliyi edəcək.