10:04 18-08-2014
news_image
457
DİGƏR NÖVLƏR

“Synergy Baku” Çexiyada yarışıb

Çexiyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Kralovehradeckeho Kraje” Qran-Prisi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 6 üzvü - Tural İsgəndərov, Maksim Averin, Markus Eybeger, Daniel Klemme, Maykl Şvayzer və Yan Sokol da çıxış edib.

 

178 km-lik mübarizənin yekunu olaraq komanda üzvlərimizdən ən yüksək göstəriciyə Eybeger imza atıb. O, yürüş qalibindən 4 dəqiqə, 5 saniyə geri qalmaqla starta çıxan 134 velosipedçi arasında 14-cü olub. Şvayzer və İsgəndərov finiş xəttini eyni anda - müvafiq olaraq 45-46-cı yerdə keçiblər.

 

Yeri gəlmişkən, güclü yağış səbəbindən starta çıxan velosipedçilərin yarıdan çoxu - düz 74 nəfəri finiş xəttini keçə bilməyib və mübarizəni yarımçıq dayandırıblar.

 

Qeyd edək ki, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası “Synergy Baku Cycling Project”in baş sponsorudur.