10:11 18-08-2014
news_image
1369
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz hədəfdən yayındı, Ağazadə fəxri kürsüdə

Qəbələdə stend atıcılığı üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qran-Pri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 günündə Azərbaycan millisi 1 medal qazanıb.

 

Qadınlar arasında dairəvi stend növündə çempionluğu rusiyalı Svetlana Dyomina bayram edib. Belaruslu Olqa Panarina gümüş,  və rusiyalı Yelena Allen bürünc medala sahib olublar.

 

Bu növdə ölkəmizi təmsil edən Dünya Kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun üzvü Nurlana Cəfərova 8-ci, Olimpiya çempionumuz Zemfira Meftahətdinova 9-cu yeri tutub.

 

Kişilərin dairəvi səngər stend üzrə yarışının ilk “üçlüyü”ndə müvafiq olaraq, Rori Varlov (Böyük Britaniya), Rəşid Həməd (Qətər) və Aleksandr Yeşenko (Qazaxıstan) yer alıblar.

 

Gənclər arasında dairəvi stend üzrə mübarizədə isə Azərbaycan təmsilçisi Niyaz Ağazadə fərqlənib. Həmyerlimiz Aleksandr Muxmediyev (Qazaxstan) və Məhəmməd Əl-Kuvaridən (Qətər) son üçüncü yer tutub.

 

Qeyd edək ki, Qran-pri avqustun 21-də başa çatacaq.