18:32 18-08-2014
news_image
460
DİGƏR NÖVLƏR

Çaparımız Belçikada 2 müxtəlif yarışın qalibi oldu - FOTO

Belçikada CSİ-2* kateqoriyalı beynəlxalq “Lier” turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrick Mc Entee təmsil edib.

 

İdmançımız öncə “Alice” ləqəbli atla  “Small Tour Grand Pri” mərhələsinin qalibi olub. Ardınca isə Patrick Mc Entee cavan atlarla keçirilən yarışa qoşulub. Turnirin bu mərhələsində “April Marais Mury Z” ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.