08:52 25-08-2014
news_image
806
DİGƏR NÖVLƏR

Yığmamız İsmayıllıda təlim-məşq toplanışında - FOTOSESSIYA

Şose velosipedi üzrə Azərbaycanın bütün yaş qrupları üzrə yığma komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Apasport.az saytının məlumatına görə, əsas məqsəd sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatına lazımi səviyyədə hazırlaşmaqdır. İlin əsas yarışından öncə isə idmançılarımız bir neçə beynəlxalq turnirdə də qüvvələrini sınayacaqlar. AVİF mətbuat xidməti komandalarımızın hazırlıq prosesini əks etdirən fotoreportajı təqdim edir.

 

Yeri gəlmişkən, son vaxtlar İsmayıllıda velosiped idmanına artan marağı nəzərə alan idman qurğusunun rəhbərliyi kompleksdə velosiped bölməsinin açılması üçün AVİF-ə müraciət edib və bu federasiya rəhbərliyi tərəfindən müsbət cavablandırılıb.