11:03 25-08-2014
news_image
1541
DÖYÜŞ NÖVLƏRİ

Mundiala uğursuz start - YENİLƏNİB

Bu gün Rusiyanın Çelyabinsk şəhərində cüdo üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, mundiala cəmi 6 cüdoçu ilə yollanan Azərbaycan millisinin ilk yarış günündə 2 idmançısı - İlqar Müşkiyevlə Orxan Səfərov tatamiyə çıxıblar. Lakin onlarin hər ikisi məğlubiyyətə üzülüblər. 

 

 

Kişilər

60 kq

Dünya çempionatının bürünc mükafatçısı İlqar Müşkiyev yarışa uğursuz başlayıb. Həmyerlimiz ilk görüşündəcə israilli Artyom Arşanskiyə uduzub. Rəqib ipponla qalib gəlib.

 

Müşkiyevdən fərqli, Orxan Səfərov mundiala inamlı çıxışla start verib. Dünya çempionatının mükafatçısı öncə Nepalı təmsil edən Saroj Maharjanla üz-üzə gəlib. Cüdoçumuz rəqibinə qalib gəlməyə cəmi 13 saniyə sərf edib.

 

Orxan ardınca Belarus adından çıxış edən həmyerlimiz Arif Bağırovla qüvvəsini sınayıb. O, bu rəqibinə də heç bir şans verməyərək, 3,59 saniyəyə ippona salıb.

 

Səfərovun 1/8 finalda rəqibi cənubi koreyalı Hyuk Çoi İn olub. Təəssüf ki, o, qələbə seriyasını davam etdirə bilməyib və uduzub. İn isə yarımfinala vəsiqə qazanmadığı üçün təmsilçimiz mundialla vaxtından əvvəl vidalaşıb.

 

Qeyd edək ki, millimiz mundial üçün 9 idmançı sifariş etsə də, son anda Nicat Şıxəlizadə (66 kq), Tural Səfquliyev (81 kq) və Şahin Qəhrəmanov (90 kq) heyətdən çıxarılıb.