23:56 25-08-2014
news_image

Çempionluq döyüşü sentyabrın 6-da Almaniyanın Hamburq şəhərində keçirilməliydi

Kliçko çempionluq döyüşünü təxirə saldı

 

Boks üzrə ağır çəkidə üç versiyada çempion titulunun sahibi olan ukraynalı Vladimir Kliçko bolqarıstanlı Kubrat Pulevlə döyüşü təxirə salıb. Apasport.az saytının məlumatına görə, bu addım idmançının əzələsinin dartılması səbəbindən atılıb.

 

 

38 yaşlı Kliçko Beynəlxalq Boks Federasiyası, Ümumdünya Boks Təşkilatı və Ümumdünya Boks Assosiasiyasının versiyaları üzrə dünya çempionudur. 33 yaşlı Pulev Beynəlxalq Boks Federasiyasının kəmərinə iddiaçıdır.

 

Kliçko bu döyüşdə 6 milyon dollara yaxın pul qazanmalıydı. Ukraynalı boksçu döyüşdən əvvəl 7,25 milyon dollarlıq mükafat fondunun 80 faizinin dünya çempionu kimi ona çatması şərtini qoymuşdu. Pulev isə iddiaçı kimi 20 faiz (1,5 milyon dollar) qazanacaqdı.