13:02 27-08-2014
news_image
853
DİGƏR NÖVLƏR

"Veloşəhər" layihəsinə start verilib - FOTOSESSİYA

Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər Turizm İctimai Birliyi və “SharkHead” Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə “Veloşəhər” layihəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir nəzəri və praktiki hissələrdən ibarət olub.

 

Nəzəri məşğələlərdə velosiped həvəskarlarına bu idman növü haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Veloparkda keçirilən praktiki hissədə isə layihə iştirakçıları əyani vəsaitlərlə tanış olaraq öz bacarıqlarını nümayiş etdiriblər.

 

Avqustun 30-da proqram çərçivəsində paytaxt küçələrində “Critical Mass Baku” adlı veloyürüş təşkil olunacaq. Yürüşə saat 20:00-da start veriləcək. "Veloşəhər" layihəsinə isə avqustun 31-də keçiriləcək sərgi ilə yekun vurulacaq.