15:13 27-08-2014
news_image
1399
DİGƏR NÖVLƏR

Berti Foqts milliyə 22 futbolçu çağırdı

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da isə Bolqarıstanla AVRO-2016-nın seçmə oyununda güvənəcəyi heyəti müəyyənləşdirib.

 

Mütəxəssis bu qarşılaşmalara 22 futbolçu çağırıb. Bu oyunlara hazırlıq məqsədilə millimiz sentyabrın 1-dən 4-dək Moskvada, 5-dən 9-dək isə Bakıda təlim-məşq toplanışında olacaq.

 

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”);

 

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Mahir Şükürov (“Karşiyaka”, Türkiyə), İlkin Qırtımov (“Simurq”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə), Ruslan Əmircanov (“Qəbələ”);

 

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”);

 

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Vaqif Cavadov (“Qaziantep BB”, Türkiyə), Rauf Əliyev (“Xəzər Lənkəran”), Cihan Özkara  (“Sivasspor”, Türkiyə), Rüfət Dadaşov (“Svaybrüken”, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya).

 

Foqts ehtiyat siyahı da tərtib edib. Bura 6 futbolçu daxil edən mütəxəssis “22-lik”də kimisə dəyişmək zərurəti yaransa, ehtiyata müraciət edəcək. Burada isə Elnur Allahverdiyev (“Qəbələ”), Əli Gökdemir (“Simurq”), Taşkın İlter (“Ayntraxt”, Braunşveyg, Almaniya), Tuğrul Erat (“Fortuna”, Düsseldorf, Almaniya), Abdulla Abatsıyev (“İnter”), Ağabala Ramazanov (“Xəzər Lənkəran”).