17:35 29-08-2014
news_image

ABŞ-a lisenziya ardınca

Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan millisi ABŞ-ın Kolorado ştatının Sprinqs şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Rio-de-Janeyro-2016-ya lisenziya xarakteri daşıyacaq mundialda millimiz 12 idmançı ilə təmsil olunacaq.

 

Cüdoçularımız kişilər arasında 60, 66, 73, 81, 90, 100, +100 kq, qadınlar arasında isə 48, 57 və 63 kq çəkidə yarışlara qatılacaqlar. Yalnız çempion 2016-cı ildə Braziliyanın Rio-De-Janeyro şəhərində olacaq XV Yay Paralimpiya Oyunlarında iştirak üçün birbaşa lisenziya əldə edəcək.

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Sumqayıt Paralimpiya İdman Kompleksində milli komandanın son təlim məşq toplantısını izləyərək, idmançılarla görüşüb. Onların fiziki və psixoloji vəziyyəti ilə tanış olaraq, komandaya uğurlar arzulayıb.

 

Qeyd edək ki, millimiz avqustun 31-də yarışa baş məşqçi İbrahim İbrahimov və komandanın kapitanı İlham Zəkiyevin rəhbərliyi ilə yollanacaq.