10:11 01-09-2014
news_image
1162
DÖYÜŞ NÖVLƏRİ

Fiasko

Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün fiasko ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, mundiala cəmi 6 cüdoçu ilə yollanan komandamız vətənə medalsız qayıdıb.

 

Belə ki, dünya çempionatında son olaraq tatamiyə çıxan Elmar Qasımov (100 kq) ilk görüşündəcə məğlubiyyətə üzülüb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elxan Məmmədov da ümidləri doğrultmayıb. 2013-cü ildə Rio-de-Janeyroda keçirilən mundialın qızıl medalçısı titulunun ikinci qarşılaşmasındaca təhvil verərək, yarışla vaxtından əvvəl vidalaşıb.

 

Qeyd edək ki, ötən il Braziliya baş tutan dünya çempionatında Azərbaycan millisi çempionluqla yanaşı, 1 bürünc medala (Orxan Səfərov, 60 kq) da sevinmişdi.