10:43 01-09-2014
news_image
627
DİGƏR NÖVLƏR

Hələlik 5-ci yerdə - FOTO

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of China" veloyürüşü davam edir. Apasport.az saytının məlumatına görə, 22 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" da mübarizə aparır.

 

Artıq nüfuzlu yarışda 2 mərhələ arxada qalıb. 93,6 km-dən ibarət ilk mərhələdə velosipedçilərimizdən Metyu Bremmier, Markus Eybeger, Aleksandr Surutkoviç və Elçin Əsədov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 2 dəqiqə, 34 saniyə.

 

2-ci mərhələdə iştirakçılar 137 km məsafə qət ediblər və bu dəfə də təxminən eyni hadisələr yaşanıb - Aleksandr Surutkoviç, Markus Eybeger, Elçin Əsədov və Metyu Bremmier mərhələ qalibi ilə eyni nəticəyə imza atmaqla Çin turundakı iddialarını ortaya qoyublar - 2 saat, 43 dəqiqə, 46 saniyə.

 

2 mərhələdən sonra ümumi sıralanmada velosipedçilərimizdən ən yüksək göstərici Metyu Bremmierə məxsusdur - o, 5-ci yerdə qərarlaşır. Bü gün keçiriləcək 3-cü mərhələdə iştirakçılar Quanjoudan Nanjinqə qədər olan 122.5 km məsafəni qət etməlidirlər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.