12:49 01-09-2014
news_image
652
DİGƏR NÖVLƏR

"Veloşəhər" layihəsi başa çatdı

Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər Turizm İctimai Birliyi və "SharkHead" Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə təşkil edilən “Veloşəhər” layihəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir çərçivəsində veloyürüş və sərgi də keçirilib.

 

Belə ki, proqram çərçivəsində paytaxt küçələrində "Critical Mass Baku" adlı veloyürüş təşkil olunub. Hökumət evinin qarşısından start götürən yürüşdə 200-ə yaxın həvəskar velosipedçi iştirak edib. "Veloşəhər" layihəsinə avqustun 31-də keçirilən sərgi ilə yekun vurulub. Layihə iştirakçıları təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.