10:51 02-09-2014
news_image
607
DİGƏR NÖVLƏR

3-cü mərhələdən sonra 3-cü yer

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of China" veloyürüşü davam edir. Apasport.az saytının məlumatına görə, 22 komandanın iştirak etdiyi yarışda 3-cü mərhələ başa çatıb. Bu dəfə iştirakçılar Quanjoudan Nanjinqə qədər olan 122.5 km məsafəni qət ediblər.

 

Yarışda çıxış edən "Synergy Baku" komandasının 3 üzvü finiş xəttini mərhələ qalibindən 38 saniyə sonra keçən pelotonun içərisində olub - Metyu Bremmier 8-ci, Aleksandr Surutkoviç 10-cu, Markus Eybeger isə 16-cı nəticə göstərib. 2 mərhələdən sonra ümumi sıralanmada 5-ci olan Bremmier bununla vəziyyətini bir qədər də yaxşılaşdıraraq 3-cü pilləyə yüksəlib - indi o liderdən 42 saniyə geri qalır. Markus Eybeger 11-ci, Aleksandr Surutkoviç isə 17-cidir.

 

Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 133 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.