16:24 04-09-2014
news_image

Uğursuzluğun nəticəsi reytinqdə özünü göstərdi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğursuz alınıb.

 

Belə ki, mundialdakı fiaskonun ardından cüdoçularımızdan Məhəmmədəli Mehdiyev (81 kq) 4, Nicat Şıxəlizadə (66 kq) ilə Şahin Qəhrəmanov (90 kq) hərəyə 3, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Elxan Məmmədov (100 kq) və Kifayət Qasımova (57 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 48-ci, 10-cu, 22-ci, 6-cı, 12-ci, 3-cü və 23-cü yerə eniblər.

 

Onlardan fərqli, Tərlan Kərimovla (66 kq, 82-ci yer) Elmar Qasımov (100 kq, 4) mövqelərini qoruyublar. İdmançılarımızdan mundialda 7-ci yeri tutan Rüstəm Orucov (73 kq) isə 1 pillə irəliləyib. O, 13-cü yerə yüksəlib.

 

81 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev isə rəqiblərinin geriləməsi səbəbindən 51-ci olub. O, son siyahı ilə müqayisədə 1 pillə yuxarı qalxıb.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilib.