16:47 05-09-2014
news_image
540
DİGƏR NÖVLƏR

Respublika turniri başa çatdı - FOTO

Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, velotrekdə təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən müxtəlif klub və cəmiyyətlərin 40-a yaxın idmançısı ilə yanaşı, trek yığmamızın aparıcı üzvləri Olqa İsmayılova, Yelena Pavluxina, Elmar İsmayılov, Nicat Niftəliyev, Sirac Hüseynzadə və Sergey Omelçenko da iştirak edib.

 

Son yarış gününün proqramına əsasən, daha 6 növdə qaliblər müəyyənləşib. Kişilər arasında olimpiya sprintinin komanda növündə Sergey Omelçenko, Elmar İsmayılov və Nicat Niftəliyevdən ibarət üçlük qələbə qazanıb. Qadınların anoloji yarışında isə Olqa İsmayılova - Yelena Pavluxina dueti birinci yeri tutub. Sergey Omelçenko və Olqa İsmayılova kehrin növündə də bütün rəqiblərindən yaxşı çıxış ediblər.

 

Özlərini trek yarışlarında sınayan "Synergy Baku" kontinental komandasının üzvləri Məhəmməd Ələkbərovla Aqşin İsmayılov müvafiq olaraq fərdi ötüşmə və çıxmaqla qrup ötüşməsində hamıdan yaxşı çıxış ediblər. Və nəhayət, yeniyetmələr arasında fərdi ötüşmə yarışları İvan Orlovun qalibiyyəti ilə yadda qalıb.