10:00 06-09-2014
news_image
1123
DÖYÜŞ NÖVLƏRİ

Püşkatmanın vaxtı dəqiqləşdi

AİBA-nın yeni proyekti olan AİBA Pro Boxing-in (APB) ilk mövsümünün püşkatma tarixi məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, tədbir sentyabrın 17-də Qazaxıstanın Almatı şəhərindəki AİBA Boks Akademiyasında keçiriləcək.

 

Sentyabrın 14-dən 17-ə kimi orada həm də boksçular üçün müxtəlif seminarlar da təşkil olunacaq. Sentyabrın 17-də Qazaxıstan vaxtı ilə saat 12-də Boks Akademiyasının açılış mərasimi keçiriləcək. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, AİBA prezidenti Çinq Ko Vu və digər rəsmi şəxslər iştirak edəcəklər. Püşkatma mərasimi açılışdan sonra olacaq. Artıq hər çəki dərəcəsində iki reytinq favorit müəyyənləşdirilib ki, onlar püşkatmada “səpələnmişlər” sırasında olacaqlar.

 

Qeyd edək ki, APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) mübarizə aparacaqlar. Hər çəki dərəcəsində iki idmançı 2016-cı ildə keçiriləcək Braziliya Olimpiadasına lisenziya qazanacaq. APB-də ilk döyüşlər oktyabrın 24-də start götürəcək.

 

Superağır çəki dərəcəsində döyüşlərin Bakıda keçirilməsi nəzərdə tutulub.