12:40 08-09-2014
news_image

Boksçumuz Polşada çempion olub, xüsusi mükafata layıq görüldü

Polşanın Qlivitse şəhərində qadın boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 100-dək idmançının çıxış etdiyi yarışda millimizin üzvü, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb.

 

O, finalda çexiyalı Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib.

 

Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafata da layiq görülüb. Digər boksçumuz Yana Alekseva isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətlənib.