09:15 09-09-2014
news_image
451
DİGƏR NÖVLƏR

“Tour of China”da 2-ci hissə başladı

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünə start verilib. Apasport.az saytının məlumatına görə, 1-ci bölümdə inamlı təsir bağışlayan “Synergy Baku” komandasının bütün üzvləri 130 km məsafəyə mübarizədə eyni nəticəyə imza atıblar.

 

Belə ki, velosipedçilərimizdən Aleksandr Surutkoviç, ilk yarışın ümumi sıralanmasında 6-cı olan Metyu Bremmier, Mixael Şvayzer, Elçin Əsədov və Markus Eybeger finişi liderlə eyni anda keçən pelotunun içərisində olublar – 2 saat, 37 dəqiqə, 57 saniyə.

 

Qeyd edək ki, “Tour of China”nın 2-ci bölümündə 22 pro-kontinental və kontinental komanda mübarizə aparır.

Bü gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 140 km məsafə qət edəcəklər.

 

Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.