13:30 10-09-2014
news_image
558
DİGƏR NÖVLƏR

“Tour of China-2014” sona yaxınlaşır

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünün 2-ci mərhələsi də arxada qalıb. Velosiped Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, 5 mərhələdən ibarət bu hissədə iştirakçılar bu dəfə 140 km məsafə qət ediblər.

“Synergy Baku” komandasının üzvlərinin hamısı finiş xəttini liderlə eyni vaxtda keçən (03:06:12) pelotonun içərisində olublar və fotofinişə əsasən ən yaxşı göstəriciyə Maykl Şvayzer imza atıb – 15-ci yer. Ümumi təsnifata gəlincə, Metyu Bremmier liderə 15 saniyə uduzmaqla 11-ci yerdədir. Komanda hesabında “Synergy Baku” 22 kollektiv arasında 7-ci mövqedə qərarlaşır.

Bü gün yarışda istirahət günüdür. Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 143 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.