12:09 11-09-2014
news_image
1838
DÖYÜŞ NÖVLƏRİ

DÇ-də IV gün: Legionerlərimiz medala həsrət qaldılar - YENİLƏNİB

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın dördüncü günündə 53, 58 və 75 kq çəki dərəcəsində qadın güləşçilər yarışır.

 

Yığmamızın üzvləri bu çəkilərdən ikisində təmsil olunsa da, çıxışlarını vaxtından əvvəl bitiriblər.  Milliləşdirilmiş legionerlərimiz - Anjela Doroqanla İrina Netreba cəmi 1 döyüşdən sonra uduzaraq, mundialla vidalaşıblar

 

Sərbəst güləş

Qadınlar

 

53 kq
Yığmamızın milliləşdirilmiş legionerlərindən Anjela Doroqan 1/16 finalda seneqallı İzabella Sambounu sınağa çəkib və çətin qələbə qazanıb - 3:2. O, növbəti qarşılaşmasında moldovalı Natalya Budu ilə üz-üzə gələrək, məğlubiyyətə üzülüb - 3:8. Rəqib isə yarımfinalda uduzduğundan Doroqan mundialla vaxtından öncə vidalaşıb.

58 kq
Digər milliləşdirilmiş legionerimiz İrina Netreba mundiala 1/16 finaldan başlayıb. O, Romero Bonilla (Meksika) ilə güləşərək, 3:1 hesabı ilə qalib gəlib. Ardınca Lisset Antes (Ekvador) güləşçimizi 1/8 finala çıxmağa peşman edib - 14:6. Rəqib finala çıxa bilmədiyindən çempionluq şansını itirən Netreba təsəlliverici görüşlərdən də məhrum olub.


Qeyd edək ki, qadın güləşçilərin ilk yarış günündə yığmamızın heyətndə Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) bürünc medala sahib olub.