10:23 11-09-2014
news_image

Yığmamız Rusiyada

Taekvondo üzrə Azərbaycan millisi Moskvaya yollanıb. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Rusiya paytaxtında təşkil ediləcək “Russian Open”də iştirakdır.

 

Belə ki, komandamız turnirində 7 idmançı ilə təmsil olunacaq. Sentyabrın 12-13-də “Dinamo” İdman Sarayında keçiriləcək yarışda ölkəmizin idman şərəfini Mikayıl Əliyev (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), İlkin Şahbazov (80 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (+87 kq) və Fəridə Əzizova (67 kq) qoruyacaqlar.

 

Qeyd edək ki, G1 dərəcəli 4-cü beynəlxalq reytinq yarışının qalibləri aktivinə 10 xal əlavə edəcəklər. Millimiz vətənə sentyabrın 14-də qayıdacaq.