21:25 11-09-2014
news_image
640
DİGƏR NÖVLƏR

Vıstropova və Rzayeva İstanbulda bürünc qazandı

Türkiyənin İstanbul şəhərində Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi boks turniri davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ancaq qadınlardan ibarət milli komandamız üçün yarış başa çatıb.

 

Aynur Rzayeva və Yelena Vıstropova yarımfinalda uduzaraq, mübarizəni dayandırıblar. 81+kq çəki dərəcəsində gücünü sınayan Rzayeva Türkiyə idmançısı Əminə Bosdumana məğlub olub. Avropa çempionu Vıstropova isə 69 kq çəki dərəcəsinin ən güclü boksçularından hesab olunan dünya çempionatının mükafatçısı rusiyalı İrina Potyeyeva ilə dueldən məğlub ayrılıb.

 

Nəticədə, hər iki boksçumuz turnirin bürünc medalına layiq görülüblər.

 

Qeyd edək ki, həm Rzayeva, həm də Vıstropova yarışda cəmi 1 döyüş keçiriblər. Boksçularımızdan Əzizə Abbasova (48 kq)  Anaxanım Ağayeva (51 kq),  Nisə Mehdiyeva (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (64 kq), Leyla Cavadova və Leyla Cavadova  (hər ikisi 75 kq) turniri mükafatsız  başa vurublar.