09:31 12-09-2014
news_image
691
DİGƏR NÖVLƏR

22 komanda arasında 8-ci pillədə - FOTO

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünün 3-cü mərhələsi də arxada qalıb. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət bu hissədə iştirakçılar 143 km məsafə qət ediblər.

 

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticə Metyu Bremmierə məxsusdur. O, məsafəni 3 saat, 2 dəqiqə, 38 saniyəyə başa vurmaqla, mərhələ qalibi adını qazanan Qazaxıstanın “Astana” kontinental komandasının üzvü Vadim Qalayevdən 25 saniyə geri qalıb və 13-cü olub.

 

Ümumi təsnifatda “Synergy Baku” üzvlərindən Aleksandr Surutkoviç 9-cu, bir neçə gündən sonra İspaniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək yığma komandamızın üzvü Elçin Əsədov 12-ci, Metyu Bremmier isə 16-cıdır. Komanda hesabında “Synergy Baku” 22 kollektiv arasında 8-ci mövqedə qərarlaşır.

 

Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 138.8 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.