08:39 15-09-2014
news_image
604
DİGƏR NÖVLƏR

4-cü mərhələdə fotofinişlə 8-ci - FOTO

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünün 4-cü mərhələsi də arxada qalıb. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət bu hissədə iştirakçılar güclü yağış altında 138.8 km məsafə qət ediblər.

 

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticə Maykl Şvayzerə məxsusdur - o, məsafəni 2 saat, 53 dəqiqə, 16 saniyəyə başa vurmaqla mərhələ qalibi ilə eyni nəticə göstərib və fotofinişə əsasən 8-ci olub.

 

Ümumi təsnifata gəlincə, təmsilçilərimizdən Aleksandr Surutkoviç və Metyu Bremmier müvafiq olaraq 12-13-cü yerlərdə qərarlaşırlar. İlk 20-likdə daha bir təmsilçimiz - bir neçə gündən sonra İspaniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək Elit yığma komandamızın üzvü Elçin Əsədov da var – o, 16-cı pillədədir.

 

Sonuncu, 5-ci mərhələdə iştirakçılar 109.2 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.