09:39 15-09-2014
news_image
770
STOLÜSTÜ OYUNLAR

SOCAR və “Odlar Yurdu”dan ilk turdaca darmadağın

Şahmat üzrə klublararası Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, İspaniyanın Bilbao şəhərində təşkil olunan yarış Azərbaycan klubları üçün yaxşı başlayıb.

 

Belə ki, kişilərdən ibarət 52 klubun qatıldığı çempionatda həm SOCAR, həm də “Odlar Yurdu” böyük hesablı qələbəyə seviniblər. Onlar müvafiq olaraq, İsveçin “Vikinq” və Makedoniyanın “Qambit” klublarına 5,5:0,5 hesabı ilə qalib gəliblər.

 

 

I tur

SOCAR – VİKİNQ - 5,5:0,5
Maykl Adams - Evqeni Aqrest - 0,5:0,5
Aniş Qiri - Bo Lindberq - 1:0
Teymur Rəcəbov - Yonatan Vestenberq - 1:0
Van Hao - Rauan Saqit - 1:0
Anton Korobov - Anders Pettersson - 1:0
Eltac Səfərli - Erik Vaarala - 1:0

 

ODLAR YURDU - QAMBİT - 5,5:0,5
Emil Sutovski - Petar Arnaudov - 0,5:0,5
Ülvi Bacarani - Orçe Dançevski - 1:0
Qədir Hüseynov - Zoran Stoyçevski - 1:0
Nicat Abbasov - Maryan Mitkov - 1:0
Nicat Məmmədov - Lyubisa Andonovski - 1:0
Vüqar Rəsulov - Dejan Dinyev - 1:0

 

Qeyd edək ki, qalib 7 turun yekununa əsasən müəyyənləşir.