13:18 15-09-2014
news_image
514
DİGƏR NÖVLƏR

44 min manatlıq yarış

Sentyabrın 18-20-də Bakıda atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı “Odlar Yurdu Kuboku” adlı beynəlxalq turnir keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutacaq yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və bir neçə ölkələrin idmançılarının iştirakı gözlənilir.

 

Turnirdə ümumilikdə 25-ə yaxın idmançı və 50-yə yaxın at iştirak edəcək. Yarışa Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.

 

Qeyd edək ki, “Odlar Yurdu Kuboku”nun ümumi mükafat fondu 44 min manat təşkil edir.