23:02 15-09-2014
news_image
1347
STOLÜSTÜ OYUNLAR

SOCAR və “Odlar Yurdu” qalib gəldi - YENİLƏNİB

İspaniyanın Bilbao şəhərində keçirilən klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları II turda nisbətən güclü rəqiblərlə qarşılaşıb.

 

Belə ki, SOCAR Rusiyanın Moskva şahmat yığmasını (MŞY), “Odlar Yurdu” Belçikanın “KSK-47 Eynatten” komandasını sınağa çəkib.

 

Komandalarımız ilk turda olduğu kimi ynə qələbə qazanıb. SOCAR  rəqibini 5:1,  “Odlar Yurdu” isə 4:2 hesabı ilə qalib gəlib.

 

MŞY (RUSİYA) – SOCAR (AZƏRBAYCAN) – 1:5

Yan Nepomnyaşi (2710) – Şəhriyar Məmmədyarov (2756) – 0:1

Aleksandr Morozeviç (2731) - Veselin Topalov (2784) – 0:1

Aleksey Dreyev (2662) - Maykl Adams (2752) – 0:1

Boris Qraçev (2673) - Aniş Qiri (2758) - 0,5:0,5

Daniel Dubov (2614) - Teymur Rəcəbov (2717) – 0:1

Vladimir Potkin (2610) - Van Hao (2730) - 0,5:0,5

 

KSK-47 EYNATTEN (BELÇİKA) - ODLAR YURDU (AZƏRBAYCAN) - 2:4

Robin Svinkels (2493) - Vasif Durarbəyli (2614) - 0,5:0,5

Martin Dambaçer (2497) - Rauf Məmmədov (2660) - 0,5:0,5

Mixael Hoffmann (2447) - Ülvi Bacarani (2483) - 0,5:0,5

Tomas Koç (2456) – Qədir Hüseynov (2615) - 0:1

Patrik Zilbel (2405) - Nicat Abbasov (2527) - 0,5:0,5

Norbert Kognen (2313) - Nicat Məmmədov (2624) – 0:1

 

Qeyd edək ki, ilk turda 25 cütdə qalib müəyyənləşdiyi halda, cəmi 1 görüşdə komandalar xalları yarı bölüb.