11:36 17-09-2014
news_image

Cüdoçularımız reytinqdə yerlərini bildilər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan millisinin aparıcı üzvlərindən cəmi 4-ü ilk “10-luq”da yer alıb.

 

Belə ki, cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 6-cı, 10-cu, 3-cü və 4-cü pillədədirlər.

 

Bu idmançılar kimi İlqar Müşkiyev (60 kq, 12-ci yer), Tərlan Kərimov (66 kq, 82), Rüstəm Orucov (73 kq, 13) və Kifayət Qasımova (57 kq, 23) da yerlərini əldən verməyiblər.

 

Siyahıda yeganə irəliləyən cüdoçumuz Məhəmmədəli Mehdiyev (81 kq) olub. O, rəqibinin geriləməsi səbəbindən 48-ci pilləni 47-yə dəyişib.

 

Onunla eyni çəkidə mübarizə aparan Tural Səfquliyev isə 53-cü yerə (-2) enib. Şahin Qəhrəmanov (90 kq) da geriləyənlər sırasına qoşulub. Təmsilçimiz 1 rəqibini özündən irəli buraxaraq, 23-cü yerə düşüb.  

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.