23:05 17-09-2014
news_image
1697
STOLÜSTÜ OYUNLAR

“Odlar Yurdu” qalib gəldi, SOCAR vahid lider oldu - YENİLƏNİB

İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında bu gün növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, IV oyun günündə Azərbaycan klubları ciddi sınaq qarşısına çıxıb.

 

Belə ki, ilk 3 görüşü qələbə ilə başa vuran SOCAR Çexiyanın “Novı Bor” klubu ilə üz-üzə gəlib. Hələ xal itirməyən komandaların duelində qalib gəlib və vahid liderliyə yüksəlib

 

Hesabat turunda 1 xal itirən “Odlar Yurdu” isə bunu İspaniyanın “Qros Xake Taldea” klubu ilə görüşdə sığortalamağa çalışıb. Bu oyunda təmsilçimiz qələbə qazanıb. 

 

SOCAR (AZƏRBAYCAN) - NOVI BOR (ÇEXİYA) - 4:2
Şəhriyar Məmmədyarov (2756) - Radoslav Voytaşek (2736) - 0,5 - 0,5
Veselin Topalov (2784) - David Navara (2722) - 1:0
Maykl Adams (2752) - Pentala Harikrişna (2725) - 0,5:0,5
Aniş Qiri (2758) - Viktor Lazniçka (2675) - 1:0
Teymur Rəcəbov (2717) - Krişnan Saşikiran (2680) - 1:0
Van Hao (2730) - Mateuş Bartel (2636) - 0:1

 

QROS XAKE TALDEA (İSPANİYA) - ODLAR YURDU (AZƏRBAYCAN) - 4:2
Arkadi Naydiç (2715) - Emil Sutovski (2632) - 1:0
Lyuk Van Veli (2650) - Vasif Durarbeyli (2614) - 1:0
Alexandro Alonso (2471) - Rauf Məmmədov (2660) - 0:1
Santyaqo Qonsales (2450) - Ulvi Bacarani (2483) - 0,5 - 0,5
İniqo Riveyro (2434) – Nicat Abasov (2527) - 0,5 - 0,5
İniqo Martin (2298) - Nicat Məmmədov (2624) - 0:1

 

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 6, “Novı Bor” (Çexiya) – 6, “Malaxit” (Rusiya), Sankt-Peterburq Şahmat Federasiyası (Rusiya), “Obiettivo Risarcimento” (İtaliya), “Ladya” (Rusiya), “Odlar Yurdu”, “Solinqen” (Almaniya), “Beer Şeva” (İsrail), – hamısı 5.