23:20 18-09-2014
news_image
1240
STOLÜSTÜ OYUNLAR

SOCAR qazandı, "Odlar Yurdu" uduzdu - YENİLƏNİB

İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün baş tutan V turda Azərbaycanın SOCAR klubu İtaliya “Obiettivo Risarcimento”nı sınağa çəkib.

 

Yarışın vahid lideri olan təmsilçimizi çətin sınaq gözlədiyini əvvəlcədən də proqnozlaşdırmaq mümkün idi.. Çünki heyətində liderlərin yer aldığı rəqibin heç də asan mat olacağı gözlənilən deyildi. Lakin SOCAR-dan növbəti dəfə Avropanın ən güclüsü olmaq üçün qələbə seriyasını davam etdirir.

 

 

Belə ki, təmsilçimiz növbəti qələbəsinə sevinib. 

 

Turnirdəki digər rəqibimiz – “Odlar Yurdu” isə bir gün öncə SOCAR-ın məğlub etdiyi (4:2) “Novı Bor”la (Çexiya) üz-üzə gəlib. Komandamıza liderlər qrupunu tərk etməmək üçün qələbə vacib idi. Lakin “Odlar Yurdu” uduzub.

 

 

V tur

OBİETTİVO RİSARCİMENTO (İTALİYA) – SOCAR (AZƏRBAYCAN) - 2,5:3,5

Fabiano Karuana (2801) – Şəhriyar Məmmədyarov (2756) - 0:1
Hikaru Nakamura (2782) - Veselin Topalov (2784) - 1:0
Maksim Vaşye-Laqrav (2768) - Maykl Adams (2752) - 0,5:0,5
Etyen Bakro (2729) - Aniş Qiri (2758) - 0,5:0,5
Loran Fressine (2712) - Teymur Rəcəbov (2717) - 0,5:0,5
Kiril Georyiyev (2626) – Anton Korobov (2673) - 0:1

 

ODLAR YURDU (AZƏRBAYCAN) – NOVI BOR (ÇEXİYA) - 2,5:3,5
Emil Sutovski (2632) – Radoslav Voytaşek (2736) - 0:1
Vasif Durarbəyli (2614) – David Navara (2722) - 1:0
Rauf Məmmədov (2660) – Pentala Harikrişna (2725) - 0:1
Qədir Hüseynov (2615) – Krişnan Saşikiran (2680) - 0,5:0,5
Nicat Məmmədov – Mateuş Bartel (2636) - 1:0

Vüqar Rəsulov (2514) – Zbinek Hraçek (2638) - 0:1

 

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 10 xal, “Odlar Yurdu” (Azərbaycan) - 7 xal.