23:30 19-09-2014
news_image
1518
STOLÜSTÜ OYUNLAR

“Odlar Yurdu” heç-heçə etdi, SOCAR çempion oldu - YENİLƏNİB

İspaniyanın Bilbao şəhərində şahmat üzə keçirilən klublararası Avropa çempionatında ötən gün VI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan komandaları Rusiya təmsilçilərini sınağa çəkib

 

Belə ki, yarışın lideri olan SOCAR “Malaxit”lə qarşılaşıb. 5:1 hesablı qələbə qazanan komandamız  son turu gözləmədən çempionluğunu elan edib.

 

“Odlar Yurdu”na isə mükafatçılar sırasında yer almaq üçün qələbə vacib idi. Rusiyanın “Nadya” klubunu sınağa çəkən komandamız heç-heçə edib.

 

 

VI tur

MALAXİT (RUSİYA) – SOCAR (AZƏRBAYCAN) - 1:5
Sergey Karyakin (2777) - Şəhriyar Məmmədyərov (2756) - 0:1
Aleksandr Qrişuk (2789) - Veselin Topalov (2784) - 0,5:0,5
Aleksey Şirov (2701) - Maykl Adams (2752) - 1:0
Vladimir Malaxov (2696) - Aniş Qiri (2758) - 0:1
İqor Lısıy (2684) - Teymur Rəcəbov (2717) - 0,5:0,5
Viktor Boloqan (2648) - Van Hao (2730) - 0:1

 

ODLAR YURDU (AZƏRBAYCAN) – LADYA (RUSİYA) - 3:3
Vasif Durarbəyli (2614) - Qata Kamski (2681) - 1:0
Rauf Məmmədov (2660) - Artyom Timofeyev (2598) - 0,5:0,5
Ülvi Bacarani (2483) - İldar İbrahimov (2544) - 0,5:0,5
Qədir Hüseynov (2615) - Rail Mahmutov (2410) - 0:1
Nicat Abasov (2527) - Ramil Sadıkov (2351) - 0,5:0,5
Nicat Məmmədov (2624) - Ramil Faizrəhmanov - 0,5:0,5

 

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 12; “Novı Bor” (Çexiya), “Naşa Naslediye” (Rusiya) - hər ikisi 10, “Malaxit” (Rusiya) – 9; 

“Minsk” (Belarus), “Haqinn” (İslandiya) – hamısı 8, “Ladya” (Rusiya), “Odlar Yurdu” – hər ikisi 7.