17:03 19-09-2014
news_image
715
DİGƏR NÖVLƏR

Dünya çempionatı başlayır

Sentyabrın 21-də İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, planetin ən güclülərinin mübarizə aparacağı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunacaq.

 

Mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulacaq - o, sentyabrın 22-də fərdi ötüşmədə (time trial) bacarığını nümayiş etdirəcək.

 

Sentyabrın 23-də 18 yaşadək velosipedçilər arasında Elgün Əlizadə və Kənan Qəhrəmanlı fərdi ötüşmədə (time trial) çıxış edəcəklər.

 

Elit yaş qrupunda sentyabrın 24-də Elçin Əsədov fərdi ötüşmədə (time trial) qüvvəsini sınayacaq.

 

Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.