08:58 22-09-2014
news_image
558
STOLÜSTÜ OYUNLAR

Veselin Topalov: SOCAR həmişə titul uğrunda mübarizə aparır

“Bizim yaxşı komandamız var”. Apasport.az saytının məlumatına görə, bunu SOCAR şahmat klubunun aparıcı üzvü Veselin Topalov deyib.

 

Tanınmış bolqarıstanlı qrossmeyster İspaniyanın Bilbao şəhərində keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Topalov bildirib ki, bir tur öncədən çempionluqlarını elan etmələrində komandanın hər bir şahmatçısının rolu danılmazdır: “SOCAR sadəcə olaraq, yarışlara qatılmır, həmişə titul uğrunda mübarizə aparır. Bunun üçün də komandamızın oyunundan həzz alıram”.

 

Qeyd edək ki, SOCAR yarışı 14 xalla birinci yerdə başa vurduğu halda, “Odlar Yurdu” 10 xalla 4-cü yeri tutub.