13:16 23-09-2014
news_image

Azərbaycan cüdosu geri gedir

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin aparıcı üzvləri siyahıda geriləyiblər.

 

Son vaxtlar bir sıra yarışlardan kənar qalan komandamızın heyətində heç kim irəliləməyib. Həmyerlilərimizdən yalnız üçü - İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini qorumağı bacarıblar. Onlar müvafiq olaraq, yenə 12-ci, 10-cu və 3-cü yerdədirlər.

 

Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) hərəyə 1, Tural Səfquliyev (81 kq) 2, Tərlan Kərimov (66 kq) 3, Şahin Qəhrəmanov (90 kq) 4 rəqibini özündən irəli buraxıb. İdmançılarımız müvafiq olaraq, 7-ci, 13-cü, 48-ci, 5-ci, 24-cü, 55-ci, 85-ci və 26-cı pilləyə eniblər. 

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.