09:15 24-09-2014
news_image
536
DİGƏR NÖVLƏR

Dünya çempionatında daha 2 idmançımız gücünü yoxladı

İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, planetin ən güclülərinin mübarizə apardığı yarışa müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə qatılan Azərbaycan yığmasının daha 2 üzvü qüvvəsini sınayıb.

 

Belə ki, 18 yaşadək idmançılar arasında Elgün Əlizadə və Kənan Qəhrəmanlı fərdi ötüşmədə (time trial) çıxış ediblər. Nəticələrə gəlincə, 29,5 km məsafəyə yürüşdə Elgün 64-cü (41:53,58), Kənan isə 66-cı (42:59,53) olub.

 

Bu gün elit yaş qrupunda Elçin Əsədov fərdi ötüşmədə qüvvəsini sınayacaq.

 

Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.

 

Qeyd edək ki, mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulmuşdu. O, fərdi ötüşmədə bacarığını nümayiş etdirib və 55-ci yeri tutub.