16:45 24-09-2014
news_image
561
TOP OYUNLARI

Çin yığmasının kapitanı qələbənin sirrini bölüşdü

Çin millisinin voleybolçusu Hui Ruoqi İtaliyada keçirilən dünya çempionatının II turunda Azərbaycanla oyunla oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı 3:0 hesablı qələbələrində gənc olduqları üçün istəklərinin rol oynadığını bildirib.

 

Millisinə 14 xal qazandırmaqla, 2 bombardirdən biri olan Ruoqinin sözlərinə görə, məqsədləri qələbələri sıralamaqdır: “Mən dünya çempionatına ilk dəfə qatılıram. Ardıcıl ikinci matçda qalib gəldiyimiz üçün sevincliyəm. Komandamızın gənc olmasına baxmayaraq, uğur qazanacağımıza inamımız yüksəkdir. Növbəti mərhələyə adlamaq istəyirik. Hazırda yığmada atmosfer əladır. Azərbaycanla oyunda olduğu kimi hər matçda sona qədər döyüşüb, qalib gəlməyə çalışacağıq”.